Dünya

Abe və Tramp arasında telefon danışığı olub

13 Mart 2020 08:59
0 Şərh     Baxış: 1 166
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yaponiyanın Baş naziri Şinzo Abe və ABŞ prezidenti Donald Tramp koronavirusun yayılması təhlükəsinin davam etməsi fonunda telefon danışığı aparılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Yaponiyanın ictimai televiziyası bildirib.

Televizya kanalı bildirib ki, iki ölkənin liderləri, çox güman ki, koronavirusun yayılması ilə bağlı mövcud vəziyyət barədə fikir mübadiləsi aparıblar və bu məsələdə Ptam əməkdaşlığa hazır olduqlarını təsdiqləyiblər.

Abe və Tramp arasında telefon danışığı ABŞ prezidentinin Tokion Olimpiadasının koronavirus səbəbinfən bir il müddətinə təxirə salınması lazim olduğu barədə dedikləri fonunda keçirilib. Hazırda bu məsələnin iki ölkə liderləri arasındakı söhbət zamanı qaldırılıb-qaldırılmadığı barədə məlumat verilmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.