Dünya

Fransada COVID-19 koronavirusu iqtisadi böhran yaradıb

13 Mart 2020 08:09
1 Şərh     Baxış: 1 853
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransada COVID-19 koronavirusla bağlı 2 281 yoluxma və 48 ölüm halı qeydə alınıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu haqda Səhiyyə naziri Olivye Veran məlumat verib. Nazir bildirib ki, ümumilikdə çərşənbə günü reanimasiya şöbəsində koronavirus diaqnozu ilə 105 pasient olub.

Ölkədə ahıllar evlərinə, eləcə də uzun müddət xəstəxanada olanları ziyarət etmək qadağan olunub. Bir çox sahələrdə distant işləməyə üstünlük verilib. "Texniki işsizlik"lə (yəni işçilər həftədə 1 və ya 2 gün işləyir) bağlı şirkətlər çətinliklərlə üzləşib. Hökumət koronavirus səbəbindən yaranan iqtisadi böhranı idarə etməyə çalışır. İqtisadiyyat naziri Brüno lö Mer koronavirus böhranına daha çox məruz qalan şirkətlərə yardım məqsədilə həmrəylik fonu yaradıldığını bildirib. Hökumətin belə şirkətlərə yardım edəcəyi qeyd olunub.

Paris 1 - Pantheon Sorbonne Universiteti bağlanıb, bəzi ali tədris müəssisələrində isə dərsə davamiyyətlə bağlı məcburiyyət ləğv edilib.

Xatırladaq ki, martın 11-də Cenevrədə keçirilən brifinqdə Dünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus COVID-19 koronavirusunun pandemiya xarakteri aldığını bəyan edərək, koronavirusa qarşı mübarizə istiqamətində səyləri artırmağa çağırıb. Dünyada 126 mindən çox COVID-19 yoluxma halı qeydə alındığı qeyd edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.