Dünya

İtaliyada koronavirusa ğörə bir çox kommersiya fəaliyyətlərinin dayandırıldığı açıqlandı

12 Mart 2020 07:55
0 Şərh     Baxış: 1 316
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtaliyada koronavirusun yayılması riski səbəbindən ərzaq dükanları və apteklər istisna olmaqla bütün mağazalar bağlanır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə İtaliyanın Baş Naziri Juzeppe Konte deyib.

O, ölkə daxilində bütün restoran və barların bağlandığını bildirib. Evə yemək çatdırılması mümkündür. Bununla yanaşı ictimai nəqliyyat və bir sıra əsas xidmətlər, kənd təsərrüfatı sənayesi, o cümlədən bankların və sığorta şirkətlərinin fəaliyyəti davam edəcək.

"Fabriklər bütün ehtiyat tədbirlərinə riayət etmək şərti ilə açıq qalır ", - baş nazir əlavə edib.

İtaliyada epidemiyanın başlanmasından koronavirusa 12 mindən çox yoluxma hadisəsi aşkarlanıb, 800-dən çox insan ölüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.