Dünya

Məşhur modelyer koronavirusla mübarizə üçün milyon verdi

10 Mart 2020 19:55
0 Şərh     Baxış: 1 105
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünya şöhrətli modelyer və sahibkar Corco Armani koronavirusla mübarizə məqsədilə İtaliyadakı xəstəxanalara 1,4 milyon dollar vəsait verib.

Milli.Az Day.Az-a istinadən bildirir ki, bu vəsaitin Roma və Milandakı 3 tibb müəssisəsinə ayrıldığı qeyd edilib.

Hazırda C.Armaninin əməkdaşları koronavirus təhlükəsi səbəbindən Milanda ev şəraitində işləyirlər.

Son məlumata görə, İtaliyada koronavirusdan ölənlərin sayı 463 nəfər olub.

Qeyd edək ki, 2019-cu ilin sonunda Çində başlayan koronavirus epidemiyası hazırda dünyanın 80-dən çox ölkəsini sarıb və bütün dünyada ümumilikdə bu virusa yoluxanların sayı 100 mini, ölənlərin sayı isə 3 mini keçib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.