Dünya

Moldovada koronovirusla əlaqədar “narıncı təhlükə” kodu elan edilib

8 Mart 2020 19:57
0 Şərh     Baxış: 968
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Moldovada koronovirusla əlaqədar "narıncı təhlükə" kodu elan edilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Moldova hökuməti ölkədə təhlükəsizlik tədbirlərini gücləndirib. Hökumət əhalini diqqətli olmağa, gigiyenik qaydalara riayət etməyə çağırıb.

Qeyd edək ki, Moldovada koronavirusa ilk yoluxma faktı qeydə alınıb. Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, İtaliyadan qayıdan 48 yaşlı moldovalı qadının koronavirusa yoluxduğu analizlərlə təsdiqlənib. O, martın 7-də İtaliyadan Kişineuya qayıdarkən ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Onun təmasda olduğu insanların da müalicəyə cəlb edilməsi üçün araşdırmalara başlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.