Dünya

Hüseyn Şeyx əl-İslam koronavirusdan öldü

8 Mart 2020 13:55
0 Şərh     Baxış: 1 871
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranda tüğyan edən koronavirus epidemiyası siyasi elitanın daha bir üzvünün həyatına son qoyub.

Milli.Az Virtualaz.org-a istinadən xəbər verir ki, xarici işlər naziri Məhəmməd Cavad Zərifin keçmiş müşaviri Hüseyn Şeyx əl-İslam koronavirus nəticəsində yaranan pnevmaniyadan ölüb. O, 1979-cu ildə Tehranda ABŞ səfirliyinin ələ keçirilməsinin fəal iştirakçılarından biri idi və ötən ilə qədər xarici işlər nazirinin müşaviri olmuşdu. Hüseyn Şeyx əl-İslamın martın 7-də öldüyü bildirilir.

Həmin gün İran parlamentinin yeni seçilmiş deputatı Fatimə Rəhbər də virusdan ölüb. Bu, İran parlamentinə fevralda keçirilmiş seçkilərdə seçilmiş və həyatını virusa yoluxaraq itirmiş ikinci deputatdır. Martın 6-da isə virusdan İranın Suriyadakı keçmiş səfiri Hüseyn Şeyxülislam və ölkənin hüquq sisteminin rəhbərinin müavini Əli Xələfi ölüb. Habelə İnqilab Keşikçiləri Korpusunun "Bəsic" bölmələrinin yüksək rütbəli zabiti Məhəmməd Həc Abdulqasımi, İranın Vatikandakı keçmiş səfiri Hadi Xosrovşahi, məqsədəuyğunluq Şurasının üzvü və ayətullah Xameneyinin müşaviri Səid Məhmməd Mirməhəmmədi də koronavirusdan ölmüşdülər.

Virus İran elitası arasında da sürətlə yayılır və ölkənin bütün əyalətlərini bürüyüb. Rəsmi rəqəmlərə görə İranda ölənlərin sayı dünənə qədər 145, yoluxanların sayı 6 minə yaxın idi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.