Dünya

İtaliyada koronavirusa yoluxanların sayı 5 mini ötdü

8 Mart 2020 10:44
0 Şərh     Baxış: 890
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtaliyada koronavirusa yoluxanların sayı 5061 nəfərə çatıb.

Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, bunu ölkənin Vətəndaş müdafiəsi departamentinin rəhbəri Ancelo Borrelli açıqlayıb.

Beləliklə, sutka ərzində pasiyentlərin sayı 1145 nəfər artıb. Ölüm hallarının da sayı 36 nəfər artaraq, 233-ə çatıb.

Hazırda 2651 pasiyent xəstəxanalarda müalicə olunur, onlardan 567-si reanimasiya və intentiv terapiya şöbələrindədir. 1843 nəfər koronavirusdan evdə müalicə olunur. 500-dən koronavirusa yoluxmuş şəxsin səhhəti artıq yaxşılaşıb.

İtaliya həkimlərinin məlumatına görə, ölkədə koronavirusdan ölənlərin orta yaş həddi 81-dir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.