Dünya

Boş qalmış səma: koronavirus aviaşirkətləri sınağa çəkir

6 Mart 2020 23:50
0 Şərh     Baxış: 1 581
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Dünyanın bütün aviaşirkətləri genişmiqyaslı böhrana hazırlaşırlar: koronavirus sərnişindaşımaları azaltmaq zərurəti yaradıb. Böhrandan sonra təzəcə özlərinə gələn sahələr milyardlarla ziyana düşmək və son onillikdə ən uğursuz il ilə üzləşmək təhlükəsi qarşısındadır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, çoxdan bəri müflisləşmə həddində olan Britaniyanın regional "Flybe" şirkəti cümə axşamı bu təhlükənin ilk qurbanı olub. Koronavirus bu şirkət üçün son nöqtəni qoyub.

Digər aviaşirkətlər hələlik dözürlər, lakin onların səmasında buludlar hər gün qatılaşır. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) iki həftə bundan əvvəl virus epidemiyası nəticəsində aviaşirkətlərin dövriyyəsinin 30 milyard dollar azalacağını proqnozlaşdırmışdı. Martın 5-də isə bu rəqəm iki dəfədən çox artaraq 63 milyard dollara çatıb.

Bu, ən yaxşı halda belə olacaq. Əgər virusun yayılmasının qarşısını almaq mümkün olmasa, itkilərin həcmi ilkin proqnozlardan 4 qat çox olaraq 113 milyard dollara çata bilər.

IATA-nın rəhbəri Aleksandr de Junyak deyib: "Fövqəladə vəziyyət yaranıb. Hadisələr demək olar ki, analoqu olmayan ssenari üzrə inkişaf edir. Təqribən iki ay ərzində bütün dünyada bu sahənin perspektivləri kəskin şəkildə pisləşib".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.