Dünya

Putin: "İdlibdəki vəziyyət bizim birbaşa müdaxiləmizi tələb edir"

5 Mart 2020 15:54
8 Şərh     Baxış: 2 354
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Suriyanın İdlib əyalətindəki vəziyyət o dərəcədə kəskinləşib ki, bizim birbaşa müdaxiləmizi tələb edir".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı deyib.

İdlibdə türkiyəli hərbçilərin həlak olması məsələsinə toxunan V.Putin o bölgədə onların olması barədə heç kimi məlumatı olmadığını deyib.

Ərdoğan öz növbəsində əlavə edib ki, danışıqlar İdlibdəki vəziyyətin həllinə kömək edəcək.

Qeyd edək ki, hazırda Moskvada V.Putinlə R.T.Ərdoğanın görüşü keçirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.