Dünya

Koronavirus təxminən 150 dəfə mutasiyaya uğrayıb - Çinli alimlər

4 Mart 2020 18:24
0 Şərh     Baxış: 1 591
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çində koronavirus infeksiyası başlayandan sonra virus təxminən 150 dəfə dəyişib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, çinli alimlər müəyyən edib ki, bu müddət ərzində virus daha aqressiv iki yarımtipə bölünüb

Virusların 70 faizi L yarımtipinə, 30 faizi S yarımtipinə aid olub.

Qeyd olunur ki, Uhan şəhərində virus təzə yayılarkən daha çox L yarımtipi qeydə alınıb. Alimlər qeyd edir ki, yanvar ayında L yarımtipi yayılması tezliyi azalmağa başlayıb.

Müşahidələr nəticəsində məlum olub ki, L yarımtipi S yarımtipi ilə müqayisədə daha aqressivdir. İnsan müdaxiləsi hər iki yarımtipin daha geniş yayılmasının qarşısını alıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.