Dünya

İsraildə 1000-dən çox məktəbli karantinə alındı

4 Mart 2020 17:49
0 Şərh     Baxış: 1 065
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsrail Səhiyyə Nazirliyi ölkədə 1000-dən çox məktəblinin karantinə alınması ilə bağlı qərar verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Nazirlik yazılı açıqlama yayıb.

Bildirilir ki, şagirdlərin birində koronavirus aşkar edildikdən sonra belə qərar verilib.

Məktəblinin virusa İtaliyadan gələn yerli vətəndaşın işlədiyi oyuncaq mağazasında yoluxması ehtimal edilir.

Qeyd edək ki İsraildə koronavirusa 15 yoluxma faktı qeyd edilib.

İsrailin Səhiyyə Nazirliyi İtaliyadan və Cənub-Şərqi Asiya ölkələrindən qayıdan hamıya iki həftəlik karantin keçməsini, həmçinin, vətəndaşlara ölkəni lazımsız yerə tərk etməmələrini tövsiyə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.