Dünya

OPEK+ ölkələri Vyanada neftin qiymətinin ucuzlaşmasına dair tədbirləri müzakirə edəcəklər

4 Mart 2020 08:37
0 Şərh     Baxış: 2 169
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

OPEK+ ölkələrinin nazirləri koronavirusun yayılması ilə bağlı sağlamlıq risklərinə baxmayaraq, 4-6 mart tarixlərində Vyanada toplaşacaqlar.

Milli.Az Trend-ə istinadən bildirir ki, məqsəd neft ixracatçılarının neftin bir barelinin qiymətinin 60 dollara qaytarılması üçün hasilatı nə dərəcədə azaltmaq lazım olduğunu həll etməkdir.

Danışıqlar koronavirusla mübarizə aparan Vyanada ciddi şəkildə təhlükəsizlik tədbirləri şəraitində aparılacaq.

OPEK Konfransının prezidenti, Əlcəzairin energetika naziri Məhəmməd Ərkab qarşıdakı iclası şərh edərkən bildirib ki, OPEK+ ölkələri "neftin qiymətinin ucuzlaşmasına qarşı tədbir görməyə çalışacaqlar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.