Dünya

Dünya Bankı yeni növ koronavirusla mübarizəyə 12 milyard dollar ayırır

4 Mart 2020 08:33
0 Şərh     Baxış: 857
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünya Bankı koronavirus epidemiyasına qarşı mübarizə üçün ilkin olaraq 12 milyard dollar ayırdığını açıqladı.

Milli.Az Trend-ə istinadən bildirir ki, DB inkişaf etməkdə olan ölkələrə "insanların epidemiyadan qorunması üçün səhiyyə sisteminin, xəstəliklərə nəzarətin, ictimai səhiyyə sahəsində tədbirlərin və iqtisadiyyata təsirin azaldılması məqsədilə özəl sektorla əməkdaşlığın gücləndirilməsinə kömək edəcək".

Yardım Dünya Bankına daxil olan təşkilatların - Beynəlxalq İnkişaf Assosiasiyasının, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının, Beynəlxalq maliyyə korporasiyasının xətti ilə təqdim olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.