Dünya

Yunanıstan koronavirusa görə bütün karnaval tədbirlərini ləğv edib

4 Mart 2020 08:04
0 Şərh     Baxış: 873
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yunanıstan koronavirus xəstəliyinə görə ölkədə planlaşdırılan karnaval tədbirlərini ləğv edib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, ölkənin səhiyyə naziri Vasilis Kikilias mətbuat konfransında bildirib ki, digər Avropa ölkələri kimi Yunanıstan da bir sıra bayram tədbirlərini təxirə salıb. Xüsusilə İtaliya ilə dəniz sərhəddi olan Patra şəhər limanında karnaval bayram tədbirləri ləğv olunub.

Qeyd edək ki, Yunanıstan son zamanlar koronavirus virusunun yayılması, eyni zamanda kütləvi qaçqın axının dayandırılması problemləri ilə üzləşib. Hökumət hər iki məsələnin həlli üçün bütün gücünü səfərbər edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.