Dünya

Türkiyə ordusu dünyanı heyrətə saldı - Su-24-lər necə vurulub?

3 Mart 2020 13:31
11 Şərh     Baxış: 5 577
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə Suriyanın İdlib bölgəsində həyata keçirdiyi "Bahar qalxanı" əməliyyatı ilə ordusunun texnoloji imkanlarını nümayiş etdirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Türkiyənin Suriya ordusuna məxsus Su-24 qırıcılarını vurmasının təfərrüatları bəlli olub. Belə ki, Türkiyə ordusunun hədəfləri dəqiqliklə vurmasında AWACS (havadan xəbərdarlıq və nəzarət təyyarəsi) təyyarələrinin mühüm rolu olub. F-16 raketləri buraxılıb, AWACS-lar isə onları Su-24-lərə yönləndirib. Bununla da F-16 təyyarələri Suriyanın Hava Hücumundan Müdafiə (HHM) sistemlərinə ilişmədən tapşırığı uğurla icra edib.

Sərhəd xəttində havaya qaldırılmış AWACS məlumatları əməliyyatın idarəetmə məntəqəsinə və birbaşa olaraq F-16-ların monitoruna yönləndirib. Türkiyəli pilotlar isə HHM sistemlərinə yaxalanmamaq üçün radarları söndürüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.