Filippinin paytaxtı Manilada silahlı şəxs ticarət mərkəzində 30 nəfəri girov götürüb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Greenhills" ticarət mərkəzində olan şəxslər təxliyə ediliblər.
Binadan atəş səsləri eşidilib.
İlkin məlumata görə, güllə yarası alan bir nəfər xəstəxanaya yerləşdirilib.
Əraziyə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları insanları girov götürən şəxslə danışıqlar aparmağa çalışırlar.
Milli.Az