Filippində ticarət mərkəzində silahlı şəxs 30 nəfəri girov götürdü - FOTO

2 Mart 2020 11:10

Filippinin paytaxtı Manilada silahlı şəxs ticarət mərkəzində 30 nəfəri girov götürüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Greenhills" ticarət mərkəzində olan şəxslər təxliyə ediliblər.

Binadan atəş səsləri eşidilib.

İlkin məlumata görə, güllə yarası alan bir nəfər xəstəxanaya yerləşdirilib.

Əraziyə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları insanları girov götürən şəxslə danışıqlar aparmağa çalışırlar.

Milli.Az