Dünya

İsraildə 11 ay ərzində üçüncü parlament seçkiləri keçirilir

2 Mart 2020 08:59
0 Şərh     Baxış: 700
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsraildə 11 ay ərzində ardıcıl üçüncü parlament seçkiləri keçirilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, əvvəlki iki dəfə seçkilərin nəticələrinə əsasən hökumət koalisiyasını yaratmaq mümkün olmadı - bu vəziyyət dövlətin 72 il mövcud olduğu vaxtda ilk dəfə ortaya çıxıb.

Bugünkü seçkilərin nəticələrindən sonra Knessetə seçkilərdə qalib gələn partiya lideri yenidən parlamentdə çoxluq koalisiyası toplamağa çalışacaq. Bunun üçün ona 120 Knesset deputatının ən azı 61-nin dəstəyini alması lazımdır.

Bu gün İsraildə 10 840 seçki məntəqəsi fəaliyyət göstərəcək. Onların əksəriyyəti 7.00-dan 22.00-dək açıq olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.