Dünya

Tacikistanda keçirilən parlament seçkiləri yekunlaşdı

1 Mart 2020 16:31
0 Şərh     Baxış: 7 625
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün Tacikistanda keçirilən parlament seçkilərində baş tutmuş hesab edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının sədri Bəxtiyar Xudayarzade deyib.

Bildirilir ki, saat 15.00-ə olan məlumata görə, seçkilərdə 3 milyon 703 min 962 seçici səs verib, bu da vətəndaşların 75,1 faizi deməkdir.

Tacikistan qanunlarına görə seçicilərin 50 faizdən çoxu səs verdikdə seçkilər baş tutmuş hesab edilir.

Seçkilərin ilkin nəticələri 24 saat ərzində elan olunacaq.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.