Dünya

Türkiyə İdlibdə “Bahar qalxanı” əməliyyatına başladı

1 Mart 2020 14:41
0 Şərh     Baxış: 1 886
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə fevralın 27-də Suriyanın İdlib vilayətində 33 hərçisinin şəhid edilməsindən sonra "Bahar qalxanı" əməliyyatına başlayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu bu gün Türkiyə Müdafiə naziri Hulisi Akar bəyan edib.

H. Akar ötən dövr ərzində İdlibdə Suriya rejiminə məxsus 1 pilotsuz uçuş aparatı, 8 vertolyot, 103 tank, 72 top, 3  hava hücumundan müdafiə sistemi, 2 min 212 hərbçinin məhv edildiyini bildirib: "İdlibdə Rusiya ilə qarşı-qarşıya gəlmək kimi bir niyyət və məqsədimiz yoxdur. Niyyətimiz Suriya rejiminin qətliamına son qoymaq və qaçqın axınının qarşısının alınmasıdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.