Türkiyə fevralın 27-də Suriyanın İdlib vilayətində 33 hərçisinin şəhid edilməsindən sonra "Bahar qalxanı" əməliyyatına başlayıb.
Milli.Az APA-ya istinadən bildirir ki, bunu bu gün Türkiyə Müdafiə naziri Hulisi Akar bəyan edib.
H. Akar ötən dövr ərzində İdlibdə Suriya rejiminə məxsus 1 pilotsuz uçuş aparatı, 8 vertolyot, 103 tank, 72 top, 3 hava hücumundan müdafiə sistemi, 2 min 212 hərbçinin məhv edildiyini bildirib: "İdlibdə Rusiya ilə qarşı-qarşıya gəlmək kimi bir niyyət və məqsədimiz yoxdur. Niyyətimiz Suriya rejiminin qətliamına son qoymaq və qaçqın axınının qarşısının alınmasıdır".
Milli.Az