Dünya

Niderland hökuməti ölkədə koronavirusa ilk yoluxma faktını qeydə alıb

28 Fevral 2020 11:34
0 Şərh     Baxış: 1 185
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Niderland hökuməti ölkədə koronavirusa ilk yoluxma faktını qeydə alıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Niderlandın Milli Səhiyyə və Ətraf Mühit Nazirliyi məlumat yayıb.

Qurum bildirir ki, söhbət Tilburq şəhərindən olan kişidən gedir. O, bu yaxınlarda koronavirusun yayıldığı İtaliyanın Lombardiya vilayətində olub.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının ən son məlumatına görə, Çindən kənarda koronavirusa yoluxanların sayı 3664 nəfərə çatıb, 57 nəfər dünyasını dəyişib. Bütün dünyada ölümcül virusa yoluxanların sayı 82294-dür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.