Dünya

Türkiyə ordusu 114 Suriya hərbçisini zərərsizləşdirib

27 Fevral 2020 08:53
0 Şərh     Baxış: 1 183
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə ordusu iki hərbçisinin öldürülməsinə cavab olaraq Suriyanın hökumət ordusunun mövqelərinə zərbələr endirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin "Twitter" səhifəsində deyilir.

Məlumata əsasən, zərbələr nəticəsində 114 Suriya hərbçisi zərərsizləşdirilib, 1 zenit-raket kompleksi, 3 tank və bir sıra texnika məhv edilib, 3 tank ələ keçirilib.

Xatırladaq ki, daha əvvəl Suriyanın hökumət ordusu İdlib deeskalasiya zonasında Türkiyə hərbçilərinin mövqeyinə hava zərbəsi endirib. Hava zərbəsi nəticəsində 2 Türkiyə hərbçisi həlak olub, 2-si isə yaralanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.