Dünya

Qazaxıstan martın 1-dən İrana aviareysləri dayandırır

26 Fevral 2020 22:52
1 Şərh     Baxış: 916

Qazaxıstan martın 1-dən İrana aviareysləri dayandırır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Qazaxıstan baş sanitar həkimi Jandarbek Bekşin açıqlama verib ki, İranda olan Qazaxıstan vətəndaşları martın 1-nə kimi ölkəyə qayıda bilərlər.

Qeyd edək ki, daha əvvəl Qazaxıstanın baş sanitar həkimi vətəndaşları Yaponiya, İtaliya, Sinqapur, Cənubi Koreya, Tailand, Malayziya kimi ölkələrə getməməyə, biletləri təhvil verməyə çağırmışdı.

O, həmçinin bildirib ki, idarələrarası komissiyanın iclasında bu ölkələrə uçuş üçün alınan biletlərin dəyərinin vətəndaşlara qaytarılması barədə qərar qəbul olunub.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Fizuli Şirvanlı · 26 Fevral 23:0000

    millətin düşünən dövlət belə olar.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.