Dünya

İki yaşlı qızını çörək qırıntılarını yerə tökdüyünə görə öldürdü

25 Fevral 2020 18:01
0 Şərh     Baxış: 2 631
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada qadın azyaşlı övladını çörək qırıntılarını yerə tökdüyünə görə öldürüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 28 yaşlı sərxoş qadın çörək qırıntılarını yerə tökən uşağına qəzəblənib.

O, yerə tökülən qırıntıları yığaraq iki yaşlı qızının boğazına tıxayıb. Nəticədə uşaq boğularaq ölüb.

Bundan sonra qadınla birgə yaşayan kişi uşağın cəsədini evdən çıxararaq gizlədib. Hadisə baş verəndən on gün sonra kişi spirtli içkidən zəhərlənərək ölüb.

Bir neçə aydan sonra qadının rəfiqəsi uşağı tapmadıqları ilə bağlı polisə müraciət edib.

Bundan sonra cinayətin üstü açılıb. Əvvəlcə uşağın ölümünü birgə yaşadığı kişinin üstünə atmağa çalışan ana sonradan uşağı öldürdüyünü etiraf edib.

Prokuror onun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.