Dünya

İtaliyanın məşhur geyim firması fabriklərini bağladı

24 Fevral 2020 20:24
0 Şərh     Baxış: 1 095
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Modelyer Corcio Armani İtaliyada koronavirusun yayılması ilə əlaqədar olaraq sahibi olduğu şirkətin Milan şəhərində yerləşən ofisini və ölkənin beş regionunda yerləşən tikiş fabriklərinin bağlanılması barədə göstəriş verib.

Milli.Az oxu.az-a istinadən verir ki, İtaliyada ötən gün 152 nəfər koronavirusa yoluxub, onlardan üçü vəfat edib. 

Corcio Armani dünən Milan şəhərində keçirməli olduğu moda sərgisini də təxirə salıb.

ANSA agentliyi xəbər verir ki, koronavirusun yayılma səbəbi ilə bağlı Milanda məktəblər, teatrlar, bar və gecə klubları bağlanıb. Milanın dünya şöhrətli "La Skala" opera teatrı da koronavirusa görə fəaliyyətini müvəqqəti dayandırıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.