Dünya

Avtoritet “Sarvan” öldürüldü - Azərbaycanda da "oğrularla" əlaqəsi olub - FOTO

23 Fevral 2020 16:36
1 Şərh     Baxış: 2 804
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynanın Zaporojye vilayətində "Sarvan" ləqəbli azərbaycanlı kriminal avtoritet öldürülüb.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, 1968-ci ildə anadan olmuş şəxs ötən gün fevralın 22-də axşam sinəsindən bıçaq zərbəsi alıb və təcili yardım avtomobilində keçinib.

"Qətlin bütün xüsusatlarını araşdırmaq üçün təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilir",-yerli polis bildirir.

Xəbərə görə öldürülən şəxs Zaporojyedə narkobiznesə rəhbərlik edənlərdən biri olub, habelə o, mütəşəkkil cinayətkar qruplaşma təşkil edib və regionda tanınan digər kriminal avtoritet "Qriqori" ilə sıx ünsiyyət saxlayıb. "Sarvan"ın habelə vətəni Azərbaycanda da "vor zakon"larla əlaqələri olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.