Dünya

İranda 24 vilayətdə səslərin sayılması başa çatıb

23 Fevral 2020 15:35
0 Şərh     Baxış: 1 905
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranın 24 vilayətində parlament seçkiləri ilə əlaqədar səslərin sayılması başa çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın Seçki Komissiyasının sözçüsü İsmayıl Musəvi deyib. İ.Musəvinin sözlərinə görə, İranın Daxili İşlər Nazirliyi və qubernatorluqlar qalan 7 vilayətdə səslərin sayılmasını başa çatdırmağa çalışır.

Musəvi əlavə edib ki, seçkilərdə iştirakçıların sayı hələlik bəlli olmayıb.

Qeyd edәk ki, 11 fevralda İranda sayca 11-ci parlament və Ekspertlər Şurasının 5-ci dövrü seçkiləri keçirilib. İranda keçirilәn parlament seçkilərində 290 yer uğrunda 7,1 mindən çox namizəd mübarizə aparıb. Seçkilәr 208 dairə və 54 mindən çox məntəqədə həyata keçirilib. İlkin nəticələrə əsasən İranda islahatçılarla müqayisədə mühafizəkarlar üstünlük təşkil edirlər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.