Dünya

10 saat ölmüş sayılan qadın dəfn qabağı “dirildi” - VİDEO

22 Fevral 2020 11:14
7 Şərh     Baxış: 3 242
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

83 yaşlı ukraynalı Kseniya Didux qohumları tərəfindən dəfn edilməyə hazırlanarkən "dirilib".

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə ТСН-in "Youtube" kanalında hazırlanmış süjetdə deyilir.

Bildirilir ki, Ukraynanın Vinnits əyalətindən olan təqaüdçü 10 saat heç bir həyat  əlaməti göstərməyib. Həkimlər onun nəbzi və təzyiqini ölçsələr də, cihazlar heç nə göstərməyib. Hətta həkimlər tərəfindən çıxarılan kardioqramda da düz xətt görünüb. Bundan sonra tibb işçiləri qohumlarına qadını "son mənzilə" hazırlaşmağı məsləhət görüblər. 

Yaxınları Diduxu dəfn etməyə hazırlaşan zaman isə qadın ayılıb. Bildirilir ki, qadın bundan öncə artıq iki dəfə klinik ölüm keçirib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.