Dünya

Rusiyada ağır qəza: 8 Ukrayna vətəndaşı öldü

13 Fevral 2020 13:46
0 Şərh     Baxış: 2 502
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada baş verən yol qəzasında 8 Ukrayna vətəndaşı ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Pskov vilayətinin Pustoşkin rayonunda qeydə alınıb.

Faktı Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Yekatrina Zelenko təsdiqləyib.

O bildirib ki, fevralın 13-ü gecə saatlarında Ukrayna dövlət qeydiyyat nişanlı mikroavtobus yük avtomobili ilə toqquşub.

XİN sözçüsü qeyd edib ki, Ukraynanın Sankt-Peterburqdakı Baş konsulluğundan verilən məlumata görə, qəza nəticəsində 8 Ukrayna vətəndaşı ölüb, daha 1 nəfər isə xəsarət alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.