Dünya

Pemex şirkətinin eks-rəhbəri saxlanılıb

12 Fevral 2020 23:09
0 Şərh     Baxış: 890
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İspaniyada yerli polis və İnterpolun apardığı əməliyyat nəticəsində Meksika neft-qaz şirkətinin keçmiş rəhbəri Pemex Emilio Losoya saxlanılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Formula" radiostansiyaya müsahibəsində Meksikanın Baş Prokuroru Qerts Manero bildirib.

Q.Manero deyib ki, şirkətin keçmiş rəhbəri İspan polisinin köməyi ilə uzun bir axtarış nəticəsində saxlanılıb.

E.Losoyanın vəkili Xavyer Koelyonun sözlərinə görə, bu onun üçün gözlənilməz xəbərdir və bu günə qədər müştəri onunla əlaqə saxlamayıb:

"Müştərim ilə danışıb İspaniyaya getməyim lazım olacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.