Dünya

Şahzadə uzun illərdir psixoloqa getməsindən danışdı - Uşaqlıq travmaları çoxdur

12 Fevral 2020 21:48
1 Şərh     Baxış: 1 550
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Krallıqdan imtina etməsi ilə gündəmə gələn Şahzadə Harri neçə illərdir psixoloq yanına seanslara getdiyini açıqlayıb.

Milli.Az medicina.az-a istinadən bildirir ki, anası şahzadə Diananın ölümündən sarsıldığı andan onun psixoloji durumu pozulub və anasını itirdikdən sonra psixoloq müalicələrinə gedib.

Son 3 ildə də mən psixoloq dəstəyinə ehtiyac duymuşam, hələ də uşaqlıq travmalarım üzərində işləyib onların reabilitasiyası ilə məşğulam.

Hersoq krallıq imtiyazlarından imtina etməsinin bir səbəbini də uşaqlıqda yaşadıqları ilə əlaqələndirib:

"Mənim əsas məqsədim ailəmi qorumaq və onlarla olmaqdır. Mən istəmirəm ki, oğlum Arçi mənim yaşadıqlarımı təkrarlasın"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.