Dünya

Sanders ilkin seçkilərin lideridir

12 Fevral 2020 08:59
0 Şərh     Baxış: 1 033
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vermont ştatından senator Berni Sanders ABŞ-ın Nyu-Hempşir ştatında keçirilən demokratların seçkilərində liderdir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə NBC telekanalı 86 faiz seçici büllütenlərini yoxladıqdan sonra bildirib.

NBC hazırda 26.1 faiz səs toplayan Sandersin liderliyi əlindən buraxçmayacağinı hesab edir. Onun birnci rəqibi isə Saut-Bend (İndiana ştatı) şəhərinin eks-meri Pit Buttecacdır (24.3 faiz).

Seçicilərin 19,9 faizinin dəstəyi ilə üçüncü yeri Minnesotadan olan senator Emi Klobuşar, dördüncü yeri (9,4%) Massaçusets senatoru Elizabet Uoren tutur. Bir neçə ay Demokratik seçki yarışının lideri sayılan ABŞ-ın keçmiş vitse-prezidenti Co Bayden, 8,4% səslə beşinci yerdədir

Nyu-Hempşir praymerizi (ilkin seçkilər), ABŞ-ın hazırkı seçki dövrünün birinci mərhələsidir ki, burada Respublikaçı və Demokratik Partiyaların qarşıdakı milli qurultaylarında partiyadan prezidentliyə namizəd üçün bu və ya digər namizədi dəstəkləyəcək nümayəndələr seçirlir.

Xatırladaq ki, ABŞ-da noyabrın 3-də prezident seçkiləri keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.