Dünya

Təyyarənin göyərtəsində dava: Sərnişinin dişini qırdılar - VİDEO

12 Fevral 2020 07:07
0 Şərh     Baxış: 1 744
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Təyyarənin uçuşunu gecikdirən içkili şəxs göyərtədə digər sərnişinlər tərəfindən döyülüb. Hadisə Ukraynada "SkyUp" aviaşirkətinə məxsus təyyarənin göyərtəsində baş verib.

Milli.Az bildirir ki, Strana.ua-nın məlumatına görə, sərnişinlərdən biri baş verənləri öz telefonunun kamerası ilə çəkib.

Bildirilir ki, təyyarə Lvovdan Kiyevə uçmalı imiş. Təyyarəni gecikdirən şəxsi bir neçə sərnişin özbaşına təyyarədən çıxarmaq istəyib, lakin müqavimətlə üzləşiblər. Bundan sonra sərnişinlər onu döyməyə başlayıblar.
Hadisə şahidinin sözlərinə görə, onun hətta bir neçə dişi qırılıb.

Aeroport əməkdaşlarının müdaxiləsindən sonra sərnişini təyyarədən endirmək mümkün olub. (ölkə.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.