Qazaxıstan höküməti Çində yayılan yeni növ koronavirus səbəbindən bu ölkədən 217 vətəndaşını təxliyə edib.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Qazaxıstanın səhiyyə naziri Eljan Birtanov deyib.
E.Biltanov bildirib: "Pekindən Nur-Sultana bu gün səhər 217 nəfər qayıdıb".
Nazir qeyd edib ki, təxliyə edilən şəxslər azı 3 gün karantində saxlanılacaq: "Müəyyən risklər var, onlar müayinə ediləcəklər".
Xatırladaq ki, daha əvvəl Qazaxıstanın Xarici İşlər Nazirliyindən fevralın 10-u və 12-si vətəndaşları təxliyə etmək üçün Çinə təyyarələrin göndəriləcəyini bildirmişdilər.
Qeyd edək ki, Çində yeni növ koronavirusdan ölənlərin sayı 1016 nəfərə çatıb. 42638 nəfər koronavirusa yoluxub, 3996 nəfər sağalıb və evə buraxılıb.
Milli.Az