Dünya

Trampı öldürməklə hədələyən şəxs saxlanıldı

10 Fevral 2020 08:33
0 Şərh     Baxış: 1 690
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Prezidenti Donalt Trampı öldürməklə hədələyən Florida ştatının sakini Rodcer Hedcpet hüquq mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, Ağ Evin yaxınlığında tutulub. İnsident şənbə günü səhər saatlarında baş versə də, mətbuata bu barədə bir sutkadan sonra məlumat verilib. 25 yaşlı Florida sakini polisə üzərində bıçağın olduğunu və onunla Prezident Trampı öldürmək niyyəti barədə deyib.

Rodcer Hedcpet ABŞ Məxfi Xidməti əməkdaşları tərəfindən saxlanılıb. Onun psixoloji problemləri olduğu məlum olub. Sakinin üzərində 9 santimetrlik ülgüclü bıçaq və boş tapança koburası tapılıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.