Dünya

Göyərtəsində 172 sərnişin olan təyyarə raket hücumlarından son anda xilas oldu - VİDEO

7 Fevral 2020 11:42
0 Şərh     Baxış: 3 608
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İsrail ordusu Suriyaya raket zərbələri endirərkən göyərtəsində 172 sərnişin olan təyyarə enişə hazırlaşıb. Ancaq dispetçerlərin operativ fəaliyyəti və avtomatlaşdırılmış hava hərəkətinin idarə olunması sisteminin səmərəli işləməsi sayəsində "Airbus-320"ni hücum zonasından çıxararaq, yaxınlıqdakı aerodroma çəkmək mümkün olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Hadisə fevralın 6-da gecə vaxtı baş verib. İsrailin "F-16" qırıcıları Dəməşq ətrafına "hava-torpaq" tipli raketlərlə hücum həyata keçirib. Həmin vaxt Tehrandan gələn "Airbus-320" layneri enişə hazırlaşıb. Hücuma görə o, Rusiyanın Suriyadakı Hmeymim bazasına eniş etmək məcburiyyətinə qalıb.

RF Müdafiə Nazirliyindən vurğulanıb ki, Suriya RƏM-nin cavab atəşindən qorunmaq üçün mülki təyyarələrdən istifadə etmək İsrail HHQ-nin xarakterik xüsusiyyətinə çevrilib.

Qeyd edək ki, fevralın 6-da gecə Dəməşqə raket hücumu olub. Buna cavab olaraq Suriya tərəfi düşməninin bir neçə hədəfini vura bilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.