Dünya

Əri vaxtı dəyişdi, özü öldü - Bileti eyni almışdılar - FOTO

6 Fevral 2020 17:29
8 Şərh     Baxış: 3 293
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün İstanbulda sərnişin təyyarəsinin qəzaya düşməsi nəticəsində həlak olan şəxslərin adları müəyyənləşib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, onlar Zehra Bilgi Koçar, Alev Gençoğlu və Songül Bozkurtdur.

Dünyasını dəyişən Z. Koçarın KİV və sosial şəbəkələrdə fotoları yayılıb.

Məlum olub ki, 30 yaşlı Koçar diş həkimi kimi fəaliyyət göstərib. O, 7 ay öncə ailə qurduğu Gökhan Koçarla birlikdə fevralın 5-i üçün təyyarəyə bilet alıb. Lakin Ticarət Nazirliyində müfəttiş işləyən əri son anda başqa işi çıxdığına görə biletini ləğv etdirərək daha tez-fevralın 2-də İstanbula gedib. 

Xatırladaq ki, "Pegasus" hava yollarına məxsus İzmir-İstanbul aviareysi üzrə hərəkət edən "Boeing 737-800" təyyarəsi dəniz üzərindən Sabiha Gökçən Hava limanında sərt eniş edərkən sürüşərək zolaqdan çıxıb və 3 hissəyə parçalanıb. Nəticədə 3 nəfər həyatını itirib, 179 nəfər xəstəxanalıq olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.