Dünya

Yerevan heyvanxanasında küçə itləri kenquruları yedilər

6 Fevral 2020 09:12
1 Şərh     Baxış: 2 367
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Axır zamanlar Yerevan heyvanxanasının sakinləri sürətlə ölməyə başlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, çərşənbə günü heyvanxanada yaşayan dəvələrdən biri ölüb.

Ölən dəvədə vərəm izləri aşkar edilib.

Bu səbəbdən heyvanxana bağlanacaq.

Ölmüş dəvə ilə bir qəfəsdə başqa dəvə və Türkmənistan qulanı yaşayırdı.

Heyvanxananın direktorunun müavini Valya Marqaryanın sözlərinə görə, onlar ciddi nəzarət altındadırlar.

Qeyd etmək lazımdır ki, 2018-ci ildən heyvanxana qalmaqalların mərkəzindədir.

Həmin il gözlənilmədən heyvanxanadakı zebra,  ayı, timsah, bezoar keçisi və pələng ölmüşdü.

2019-cu ilin aprelin 29-da Binqo adlı digər pələngin cansız leşi aşkar edilmişdi.

Ötən ilin oktyabrın 31 və dekabrın 1 ac küçə itləri heyvanxanada yaşayan üç kenqurunu və üç muflonu yemişdilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.