Dünya

Türkiyədə qar uçqununda ölənlərin sayı 38-ə çatıb - YENİLƏNİB - FOTO

5 Fevral 2020 18:41
2 Şərh     Baxış: 3 083
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

18:41

Bu gün Türkiyənin Van bölgəsində baş verən ikinci qar uçqununda ölənlərin sayı 33 nəfərə çatıb.

Milli.Az APA-ya istinadən bildirir ki, daha 7 nəfər uçqunun qurbanı olub.

Beləliklə, bu gün baş vermiş iki qar uçqununda ölənlərin sayı 38 nəfərə yüksəlib.

Gecə saatlarında baş vermiş ilk qar uçqununda 5 nəfər ölmüşdü.

--------

17:35

Türkiyənin Van bölgəsində qar uçqununda ölənlərin sayı artmaqda davam edir.

Milli.Az APA-ya istinadən bildirir ki, ikinci uçqunda ölənlərin sayı 26 nəfərə çatıb, 53 nəfər yaralanıb.

Beləliklə, bu gün baş vermiş iki qar uçqununda 31 nəfər ölüb.

Gecə saatlarında baş vermiş ilk qar uçqununda 5 nəfər ölmüşdü. 

----------

17:19

Türkiyənin Van vilayətində qar uçqunu baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində azı 23 nəfər həlak olub.

Ölkənin daxili işlər naziri Süleyman Soylu bildirib ki, uçqun altında daha 10-15 nəfər qala bilər.

Hazırda itkin düşənlərin axtarışları aparılır.

Qeyd olunur ki, birinci uçqun baş verdikdən sonra, itkin düşənlərin axtarışları davam edərkən ikinci uçqun baş verib.

Qar uçqununda Prezident Rəcəb Tayyib Ərdoğanın müşaviri Gülşən Orhan da xəsarət alıb. O, uçqunun altından çıxarılaraq xəstəxanaya yerləşdirilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.