Ermənistan Futbol Federasiyasının sabiq prezidenti Ruben Ayrapetyan zorla polis bölməsinə aparılıb.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu barədə xəbəri onun vəkili Amram Makinyan yayıb.
O bildirib ki, federasiyanın sabiq rəhbəri maskalı polis əməkdaşları tərəfindən saxlanılıb. Vəkil bunun əsassız şəkildə edildiyini vurğulayıb.
Qeyd edək ki, Ayrapetyan 2002-2018-ci illərdə Ermənistan Futbol Federasiyasının rəhbəri olub.
Milli.Az