Ermənistan Futbol Federasiyasının sabiq prezidenti saxlanılıb

4 Fevral 2020 17:53

Ermənistan Futbol Federasiyasının sabiq prezidenti Ruben Ayrapetyan zorla polis bölməsinə aparılıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu barədə xəbəri onun vəkili Amram Makinyan yayıb.

O bildirib ki, federasiyanın sabiq rəhbəri maskalı polis əməkdaşları tərəfindən saxlanılıb. Vəkil bunun əsassız şəkildə edildiyini vurğulayıb.

Qeyd edək ki, Ayrapetyan 2002-2018-ci illərdə Ermənistan Futbol Federasiyasının rəhbəri olub. 

Milli.Az