Dünya

Tbilisinin mərkəzindəki bina auksiona çıxarılacaq

31 Yanvar 2020 08:59
1 Şərh     Baxış: 4 523
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tbilisinin mərkəzindəki "Rike park"da yerləşən və italyan arxitektor tərəfindən qeyri-adi üslubda inşa olunan "Səhənglər" adlı tikili satışa çıxarılacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf naziri Natia Turnava deyib.

Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvilinin təşəbbüsü ilə inşa olunan bu bina "Biznesə 100 investisiya təklifi" adlı dövlət proqramı çərçivəsində satılacaq. Binanın ilkin dəyəri 95 milyon lari (32,8 milyon dollar) müəyyən olunub.

Qeyd edək ki, 15 min kvadratmetr sahədə yerləşən obyektin tikintisi 75 milyon lariyə başa gəlib və inşaat işləri 2012-ci ildə başa çatdırılıb. Lakin bina hələ də fəaliyyət göstərmir.

Bina Tbilisinin simvollarından birinə çevrilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.