Dünya

Ölümcül virus bu ölkələrə sıçradı: Ərəbistan, Dubay, İngiltərə...

27 Yanvar 2020 21:24
3 Şərh     Baxış: 3 336
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Epidemik mərkəzi Çin olan koronavirus Səudiyyə Ərəbistanı, Dubay, İngiltərə, Vyetnam kimi ölkələrə sıçradı.

Əgər bu ölkələrdə virus varsa, artıq orda olan turistlər və səfərdə olanlar real təhlükə mənbəyidir.

Milli.Az medicina.az-a istinadən bildirir ki, bir çox ölkələr, həmçinin Türkiyə və Azərbaycan Çinə aviareysləri müvəqqəti dayandırıb. Lakin göründüyü kimi ölkə siyahısı artır.

Həkimlər koronavirusun hətta əlamətsiz belə yoluxduğunu bildiir və xəstədə bəzən hərarət, öskürək olmaya da bilir.
Hələ ki, virusa qarşı konkret dərman və peyvənd yoxdur.

Korona virusu 1965-ci ildən var, lakin yarasa və dəvələr arasında yayılmış zoonotik virus idi. İndi isə o insana keçərək, yeni mutasiyaya çevrilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.