Çində koronavirus xəstələrinin yerləşdirilməsi üçün 6 günə xəstəxana inşa olunacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Çində koronavirusun indiyədək aşkar edilməmiş növünə (2019-nCoV) yoluxanların sayının davamlı armasını nəzərə alan səlahiyyətli qurumlar Uxan şəhərində 1000 çarpayılıq xüsusi mobil xəstəxananın inşasına qərar veriblər.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, artıq tikintisinə başlanılan xəstəxananın 6 günə hazır olması nəzərdə tutulub. Şəhərdə koronavirusa yoluxmuş sakinlər hazırda ayrı-ayrı xəstəxanaların infeksion xəstəliklər şöbələrində yerləşdiriliblər. Uxanda koronavirusun səbəb olduğu sətəlcəm xəstəliyi ilə əlaqədar yaradılmış xüsusi qərargahdan bildiriblər ki, virusa yoluxma hallarının çoxalması xəstələrin təcrid olunmuş qaydada ayrıca xəstəxanaya yerləşdirilməsi ehtiyacını yaradıb. Yeni tibb ocağının ümumi sahəsi 25 min kvadratmetr olacaq.
Bu cür xüsusi mobil xəstəxananın inşası Çində ilk dəfə deyil həyata keçirilir. Belə ki, 2002-2003-cü illərdə Çində yayılan Şiddətli Kəskin Respirator Sindromu (SARS) ilə əlaqədar paytaxt Pekinin kənarında 7 günə mobil xəstaxana inşa olunmuşdu.
Qeyd edək ki, Çində vəhşi heyvanlardan yayıldığı yəqin edilən koronavirusun indiyədək aşkar olunmamış növünə yoluxanların sayı 881-ə çatıb. Bu virus səbəbindən ölənlərin sayı isə 26-dır. Virusa yoluxanların sayının və bu səbəbdən ölənlərin sayının çoxalması ilə əlaqədar Xubey vilayətində, Şanxayda və paytaxt Pekində 1-ci səviyyədə fövqəladə hazırlıq vəziyyəti elan olunub.
Çinin materik hissəsi ilə yanaşı, Tayvan adasında, Honkonq və Makao xüsusi inzibati bölgələrində, xaricdə isə Tailand, Cənubi Koreya, Yaponiya, Sinqapur və ABŞ-da bu virusa yoluxma faktları təsdiqlənib. Bir neçə ölkədə isə virusa yoluxması şübhəli olan şəxslər müayinəyə cəlb olunub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Anar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardı
-
Vəzifəsindən azad edilən icra başçısı kimdir? - Dosye
-
Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi
-
GEROPHARM “Sea Breeze 2026” beynəlxalq polo turnirini sağlamlıq və aktiv həyat tərzi tərəfdaşı kimi dəstəkləyib - (Foto)
-
Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilib
-
Həbsxanaya göndərilən ayaqqabıdan narkotik tapıldı - (Foto)
-
Rodriqo bu tarixdə yaşıl meydanlara qayıdır
-
Azərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb - (Foto)
-
Uşağı məktəbə həvəsləndirməyin 7 sadə yolu - Valideynlər bunları bilməlidir
-
Tanınmış azərbaycanlı reperin 72 mindən çox kommunal borcu var
-
Hava yenidən pisləşir - Xəbərdarlıq
-
ÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli oldu
-
İran ABŞ-ın daha bir PUA-sını vurdu
-
Ərdoğan Azərbaycanı təbrik edib - (Foto)
-
Hakan Fidan Azərbaycan-Ermənistan arasında sülh danışıqları barədə danışıb
-
ABŞ kosmosda silah yerləşdirdi - Məqsəd nədir?
-
Cəlilabadda yaşayış evində yanğın oldu
-
İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - (Video)
-
“Qodo həsrətində” adlı tamaşanın məşqləri davam edir - (Foto)
-
İki ayağını itirən qazimizin nişanından görüntülər - (Video)
-
Roberto Karlosdan Arda Güler açıqlaması: “Mourinyo bundan əl çəkməlidir”
-
Elza Seyidcahan illər sonra “tort qalmaqalı”ndan danışdı - Sirr açıldı - (Video)
-
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
-
Mbappedən Dembele ilə bağlı sərt sözlər





