Dünya

Hakan Fidana qarşı şok sui-qəsd planı

22 Yanvar 2020 19:14
0 Şərh     Baxış: 1 602
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

FETÖ Hakan Fidanı öldürmək istəyib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözlər "Hürriyyət" yazarı Əbdülqadir Selvinin bugünkü köşə yazısında yer alıb.

"Keçmiş MİT-çi (Milli Kəşfiyyat Təşkilatı) Ənvər Altaylının Kaşif Kozinoğlu (MİT-in Xarici Əməliyyatlar İdarəsinin keçmiş rəhbəri - red.) haqqında FETÖ-ya yazdığı məktub ortaya çıxdı. Altaylı Kozinoğlunun MİT rəhbəri olmağa çalışdığını bildirərək, "Əgər elə şey olarsa, fəlakət olar" deyirdi. Bəs bu məktubdan sonra nə baş verir? Həbsxanaya atılan Kozinoğlu buradan bayıra ölü olaraq çıxır.

Bu məktub çox önəmlidir. Niyə? FETÖ-nun AKP-yə qarşı ilk əməliyyatı nə idi? 7 fevralda MİT rəhbəri Hakan Fidanı həbs etmək istəmişdilər. Hakan Fidan içəri girsə, sağ qala biləcəkdimi? Bir sual daha. AKP dönəmindəki ilk məchul cinayət nə idi? Nəcib Hablemitoğlu (türkiyəli məşhur tarixçi, yazar. Atatürk ideyalarının müdafiəçisi kimi tanınıb - red.) sui-qəsdi deyildimi? Bəs Habelmitoğlu nə ilə mübarizə aparırdı? Gülənlə. Hablemitoğlunun MİT rəhbəri olmaq istədiyi deyilirdi. Hər üç olayın kəsişmə nöqtəsində MİT-in olması sizə qəribə gəlmirmi?" - deyə o bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.