Dünya

İran Britaniya ilə münasibətləri konsulluq səviyyəsinə endirməyə hazırlaşır

19 Yanvar 2020 13:15
0 Şərh     Baxış: 911
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran parlamentinə Tehran və London münasibətlərinin səviyyəsinin azaldılmasına dair layihə təqdim edilib.

Milli.Az APA-ya istinadən bildirir ki, 23  deputatın imzaladığı layihə bu gün İran parlamentinin Rəyasət Heyətinə təqdim olunub.

Parlamentdə müzakirəyə çıxarılacaq layihədə İran və Böyük Britaniya arasında diplomatik əlaqələrin  konsulluq səviyyəsinə endirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, bir müddət öncə Britaniya səfiri İranda keçirilən etiraz aksiyasının təşkilində və aksiyada iştirakda günahlandırılıb. İran bununla əlaqədar Britaniyaya iki etiraz notası göndərib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.