Dünya

Yəməndə hərbi düşərgəyə hücum nəticəsində ölənlərin sayı 80 nəfərə çatıb - YENİLƏNİB

19 Yanvar 2020 18:15
2 Şərh     Baxış: 1 942
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

18:15

Yəmən ordusunun Mareb əyalətindəki  təlim düşərgəsinin qiyamçı "Ənsar Allah" Hərəkatı tərəfindən atəşə tutulması nəticəsində ölən hərbçilərin sayı 80 nəfərə çatıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.

Telekanalın xəbərində əsas hədəfin düşərgədəki məscid olduğu qeyd edilib. 

----------
09:19

Yəmən ordusunun Mareb əyalətində yerləşən düşərgəsi raket atəşinə tutulub.

Milli.Az bildirir ki, Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, raket atəşi nəticəsində 24 hərbçi həlak olub, 20-si isə yaralanıb.

Raketin ballistik olduğu iddia edilir.

Qeyd edilir ki, Ənsar Allah hərəkatı (husilər) hələki raket atəşinə görə məsuliyyəti öz üzərinə götürməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.