Dünya

Təxminən 20 min insan zəlzələlərə görə evini tərk edib - Puerto-Rikoda

17 Yanvar 2020 22:22
0 Şərh     Baxış: 691
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir sıra zəlzələlər nəticəsində 20 minə yaxın insan evlərini tərk etmək məcburiyyətində qalıb, bəziləri gecəni küçələrdə keçirməyi üstün tutub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Puerto-Riko hakimiyyəti bildirib.

Qeyd edək ki, Karib dənizində bu adada enerji təchizatı sistemini, infrastrukturu pozan və bir sıra evlərin dağılmasına səbəb olan zəlzələlər baş verib. Ən güclü zəlzənin maqnitudası 6.6 bal təşkil edib. Puerto-Riko hakimiyyəti fövqəladə vəziyyət rejimini elan edib.

Puerto-Riko Dövlət katibi Elmer Roman bildirib ki, təxminən 8,2 min nəfəri dövlət, daha çoxu isə qeyri-resmi sığınacaqlarında yerləşdirilib.

E.Roman, həmçinin 3,5 min insanın hələ də elektrik enerjisindən məhrum olduğunu deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.