Böyük Britaniya, Almaniya və Fransa ABŞ-ın "oyuncaqları"dır və etimada layiq deyil.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu son səkkiz ildə ilk dəfə cümə namazına rəhbərlik edən İranın ali lideri Əli Xamneyi deyib.
Ali lider vurğulayıb ki, bu ölkələr heç nə etmir:
"Onlar yalnız ABŞ-ın maraqlarına xidmət edəcək. Onlar "oyuncaq"dır".
Ə.Xamneyi bildirib ki, avropalılar İran xalqına güc gələ bilməyəcəklər.
Milli.Az